"Arsenal" və "Bavariya"dan türkiyəli futbolçuya FANTASTİK TƏKLİF

11.02.2019 15:24

"Roma"nın futbolçusu Çingiz Ündər Avropa nəhənglərinin diqqət mərkəzindədir.

21 yaşlı hücumçunu "Arsenal" və "Bavariya" heyətinə qatmaq istəyir. İddialara görə, hər iki klub Türkiyə millisinin üzvü üçün italyanlara 50 milyon avro təklif edir. Bu transfer baş tutsa, Çingiz Ündər ən bahalı türk futbolçu kimi tarixə düşəcək.

Bu arada "Roma" türk futbolçunun müqaviləsini artırmaq qərarına gəlib. Paytaxt təmsilçisi yeni müqavilədə hücumçunun maaşını 1 milyon avrodan 3 milyona qaldırmaq niyyətindədir.

Qeyd edək ki, "Roma" Çingiz Ündəri 2017-ci ilin yayında "Başakşəhər"dən 13,4 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 25 rəsmi matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.(fanat.az)

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR