Sevgilisini dəfələrlə bıçaqladı - "Öldürdüm, qaçın"

11.02.2019 14:38

Oğlan polislər tərəfindən yaxalanıb.

Türkiyənin Esenyurt şəhərində 26 yaşlı E.Ç adlı oğlan sevgilisi 23 yaşlı K.Rabia ilə mübahisə zamanı onu dəfələrlə bıçaqlayıb.

Hadisədən sonra sevgilisinin öldüyünü düşünən şəxs atasına zəng edərək "Ata, mən sevgilimi öldürdüm. Siz də qaçın” deyib.

K.Rabia xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

E.Ç polislər tərəfindən yaxalanıb. O, sevgilisinin ona xəyanət etdiyini düşündüyü üçün belə bir şey etdiyini deyib. Hadisədən sonra E.Ç-nin sosial media hesabında paylaşdığı şəkillərdən birinə "Oğlum, sən öldün” rəyi yazılması diqqət çəkib.

AzNews.az

© xezerxeber.az

FOTOQALERIYA






216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR