Parisdə partlayış nəticəsində iki yanğınsöndürən ölüb

12.01.2019 21:05

Fransa paytaxtının polis prefekturası Parisdə baş vermiş partlayış qurbanlarının sayı barədə məlumatı dəqiqləşdirib.

Xezerxeber.az xəbər verir ki, France İnfo radiostansiyasının yaydığı yenilənmiş məlumata görə, hadisə nəticəsində iki yanğınsöndürən həlak olub.

Bir qədər əvvəl Fransanın daxili işlər naziri Kristof Kastaner partlayış nəticəsində dörd nəfərin öldüyünü, onlardan ikisinin yanğınsöndürən olduğunu bildirmişdi. Paris polis prefekturasının dəqiqləşdirməsinə əsasən, partlayış qurbanları arasında mülki şəxslər yoxdur.

Xatırladaq ki, partlayış bu gün səhər yerli vaxtla saat 9:00 radələrində Parisin Treviz küçəsində baş verib. Nəticədə bina yanıb, həmçinin yaxınlıqdakı tikililərə ziyan dəyib. Hadisə yerində xilasetmə xidmətləri işləyir.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Hadisənin "sarı jiletlilər”in bu gün keçirilən növbəti etiraz aksiyası ilə heç bir əlaqəsinin olmadığı bildirilir.

© xezerxeber.az


289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR