Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Zəncəfil əsl dərman vasitəsi hesab edilib

12.01.2019 18:35

Tədqiqatçılar zəncəfilin kökünə hipertoniklərə və diabet xəstələrinə tövsiyə edilə biləcək potensial vasitə kimi baxırlar.

AZƏRTAC "meddaily.ru” saytına istinadla xəbər verir ki, eksperiment zəncəfil kökünün ikinci tip diabet xəstələrinin qanında şəkərin miqdarına uzunmüddətli nəzarəti yaxşılaşdırdığını göstərib.

Məlum olub ki, zəncəfil ekstraktı serotonin reseptorları ilə qarşılıqlı fəaliyyət göstərərək, onların insulin sekresiyasına təsirini gücləndirir. Bütövlükdə, zəncəfil sayəsində qanda qlükozanın səviyyəsi 35 faiz azala, insulinin səviyyəsi isə 10 faiz arta bilər.

Bununla yanaşı, zəncəfil kökü qanı durulaşdıraraq qatılığını aşağı salır. Beləliklə, damarlarda qanın axması yaxşılaşır, onların xolesterin yığınlarını öz-özünə təmizləməsi prosesi tənzimlənir. Nəticədə tromboz riski azalır. Həmçinin qanın yaxşı axması və yığınlardan təmizlənmiş damarların elastikliyi hesabına arterial təzyiq aşağı düşür.

© xezerxeber.az


421 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR