Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur

12.01.2019 12:08

Xalçaçılığın sürətlə inkişaf etdirilməsi nəticəsində iyirmi xalça fabriki tikilərək istifadəyə verilib.

Xezerxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Bu il 11 xalça fabrikinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan, - onların mütləq əksəriyyəti qadınlardır, - işləyəcək. "Həm iş yerləri, gözəl müəssisələr yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və yaşayacaqdır, gənclər cəlb olunur, həm də ki, xalçaçılığın böyük iqtisadi tərəfi də var. Bu, ixracyönümlü məhsuldur”, - deyə Prezident bildirib.

© xezerxeber.az


265 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR