Qaradağ rayonunda vaqon və ona bitişik köşk yanıb

12.01.2019 13:37

Bakının Qaradağ rayonunda ümumi sahəsi 20 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət vaqonun içərisindəki əşyalar və ona bitişik köşk yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

© xezerxeber.az


307 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR