ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb

11.01.2019 20:10

ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb.

Xezerxeber.az xəbər verir ki, bunu ABŞ-ın Suriyadakı silahlı qüvvələrinin nümayəndəsi polkovnik Sean Ryan bildirib.

O qeyd edib ki, təhlükəsizlik səbəbindən ordunun nə vaxt ölkədən çıxacağı ilə bağlı detallar açıqlanmayacaq.

ABŞ Müdafiə Nazirliyindən bildirilib ki, silahlı qüvvələrin bir qisminin çıxarılmasına artıq başlanılıb.

CNN telekanlının verdiyi məlumata görə, Suriyadan ilkin mərhələdə hərbi aviasiya və donanma çıxarılacaq.

© xezerxeber.az


360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR