Serbiyalı Milan Obradoviç Azərbaycanın U-21 yığmasına baş məşqçi təyin olunub

11.01.2019 17:04

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, milli komandamız Milan Obradoviçə həvalə edilib.

UEFA-nın PRO lisenziyasına malik serbiyalı mütəxəssis 2017-ci ildən ölkəsinin əsas yığma komandasında köməkçi məşqçi vəzifəsində çalışır.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR