Süleyman Xanın məzarı tapılıb

11.01.2019 16:58

Türkiyənin Batman şəhərinin Hasankeyf rayonunda aparılan qazıntılar zamanı Əyyubilər sultanı Süleyman xanın məzarı aşkar edilib.

Xezerxeber.az bildirir ki, Anadolu agentliyinin məlumatına görə, qazıntılar zamanı əlavə olaraq altı tarixi məzar da aşkar olunub. Sultan Süleyman xanın məzarı, məzar daşları, sənduqə və çıxarılan skeletlər qoruma altına alındıqdan sonra Martın Artuk Universitetinə göndərilib.

Tədqiqat işlərindən sonra çıxarılan skelet və sənduqə yenidən qaytarılaraq Hasankeyf Muzeyində mühafizə ediləcək.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR