56 raketli NATO flaqmanı Baltikdə: Rusiya bunu gözləmirdi

11.01.2019 14:42

ABŞ Hərbi Dəniz Donanmasına məxsus "USS Grevli” esminesi 56 "Tomahavk” qanadlı raketi ilə birgə Baltik dənizinə daxil olub.

Bu barədə Sputnik məlumat yayıb. Sözügedən esmines NATO hərbi-dəniz qrupunun ilk daimi flaqmanı hesab olunur.

"USS Grevli”nin Danimarka boğazlarından keçərək Baltik dənizinə gəldiyi deyilib.

Qeyd edək ki, esmines 2016-cı ildə Aralıq dənizində Rusiya donanmasına aid "Yaroslav Mudriy” qarşısında təhlükəli manevrlər etmişdi./axar.az

© xezerxeber.az


237 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR