Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Babək prospektində sürücülər məcburiyyətdən qayda pozurlar - VİDEO

09.12.2018 20:19

Bakının ən böyük prospektlərindən biri olan Babək prospektində yeni təmir olunan yolda sürücülər məcburiyyətdən qayda pozmalı olurlar. Belə ki, Ağ şəhər istiqamətindən gəlib geriyə manevr etmək istəyən sürücülər zolağın darlığı səbəbindən düz xəttin üzərindən keçirlər. Nəticədə də sürücülər 40 manat miqdarında cərimə edir.

Yolda manevr edib geriyə dönmək istəyən sürücülər məcburiyyətdən nişanlanma xəttinin tələbini pozur.Belə olan halda isə yol polisi həmin sürücüləri 40 manat miqdarında cərimə edir.

Söhbət Paytaxtın ən böyük prospektlərindən biri olan Babək prospektindən gedir..Belə ki,Ağ şəhər istiqamətindən gəlib geriyə manevr edən yəni üzü şəhər istiqamətinə getmək istəyən sürücülər yoldakı zolağın dar olması səbəbindən məcburən nişanlama xəttinin tələbini pozur və digər zolağa çıxırlar.Xüsusəndə ölçüsü böyük olan avtomobillər bu problemlə daha çox qarşılaşırlar.

Belə olan halda isə sürüclər nişanlama xəttinin tələbini pozduğuna görə onlar barəsində 40 manat miqdarında cərimə yazılır.

Sürücülər deyir ki,həmin nişanlama xətti ya ləğv edilməli,ya da ki,yol genişləndirilməlidir ki,onlar rahat manevr edə bilsinlər.

Yol hərəkəti ekspertləri isə bildirirlər ki,həmin yolun təşkilində səhfə yol verilib.Belə ki,əgər sürücü manever edən zaman məcburiyyətdən nişanlanma xəttinin tələbini pozursa yol polisi həmin sürücüləri cərimə edə bilməz.Ekspertlər tövsiyyə edirlər ki,həmin düz xəttin qırıq-qırıq xətlə əvəz edilməsi daha məqsədə uyğun olar..Belə olan halda sürücülər manevr edən zaman problemlə qarşılaşmayacaqlar.Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "XəzərXəbər”ə bildirildi ki, sabahdan problemin qarşısını almaq üçün əməkdaşlar yola baxış keçirəcəklər.

© xezerxeber.az


798 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR