Quldurluq və oğurluq etdiklərinə görə saxlanıldılar, digər cinayətləri də üzə çıxdı

07.12.2018 14:29

Polis əməkdaşları quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin digər cinayət əməllərini də müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Nəticədə onun rayon ərazisində səkkiz avtomobildən pul və məişət əşyaları oğurladığı müəyyənləşdirilib.

Oğurluq etdiyinə görə saxlanılan Əyyub Süleymanovun ətrafında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 3-nə keçən gecə şəhərdə "Mercedes” markalı səkkiz avtomobildən oğurluq etdiyi də məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR