"Qarabağ" adlı mobil tətbiqetmə layihəsinin təqdimatı keçirildi - VİDEO

06.12.2018 20:51

Türkiyənin İstanbul şəhərində "Qarabağ" adlı mobil tətbiqetmə layihəsinin təqdimatı keçirilib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının və AzərbaycanGənclər Fondunun 11-ci qrant müsabiqəsi çəçivəsində həyata keçirilən layihənin ölkə hüdudlarından kənarda ilk təqdimatı reallaşıb.

İstanbul Aydın Universitetinin rəhbərliyinin və tələbələrin, Azərbaycanın Istanbuldakı baş konsulluğunun, dərnək rəhbərlərinin və ictimayyət nümayəndələrinin qatıldığı tədbirdəQarabağda ermənilər tərəfindən vəhşicəsinə qətl edilən günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan gənclərinin avropaya inteqrasiya təşkilatının sədri Lalə Mehdiyeva müasir günümüzün tələbləri əsasında reallaşan layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. İnternetə bağlanaraq telefona yüklənən mobil təbiqetmə programı sayəsində Qarabağla bağlı rellıqlarının üç dildə təqdim olunduğunu bildirib.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR