Azərbaycanda daha bir ər arvadının SAÇLARINI KƏSDİ: 13 il ərzində... - DƏHŞƏTLİ FAKT - VİDEO

06.12.2018 20:24

Daha bir qadın məişət zorakılığının qurbanı olub. O, İllərdir həyat yoldaşı tərəfindən döyülüb, təhqir edilib.

Aran rayonlarının birindən qaçan qadın Bakıda yerləşən Uşaqlar Birliyininin sığınacağına gəlib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, qadın gördüyü şiddətdən ciddi psixoloji sarsıntı keçirib. Sədrin sözlərinə görə zorakılığa məruz qalan qadın müəyyən dövrlərdə xəyanətdə ittiham edilib. 2 azyaşlı qızı ilə rayondan Bakıya gələn qadın həyat yoldaşından qanuni şəkildə boşanmaq istəyir

Kəmalə Ağazadənin sözlərinə görə həyat yoldaşı ilə yola getməyən qadın ata evində qalmayıb. Buna səbəb isə atasının onun qarşısında qoyduğu şərtdir.

Kəmalə Ağazadə bildirib ki, bundan sonra qadın müalicə ediləcək, psixoloji sarsıntısı aradan qaldırılacaq. Daha sonra onun boşanması üçün tədbirlər həyata keçiriləcək. Övladlarının təhsili üçün qeydiyyatda olduğu rayon icra hakimiyyətinə, qəyyumluq komissiyasına müraciət ediləcək. Bundan əlavə qadının işlə təmin edilməsi istiqamətində rayon icra hakimiyəti ilə birgə addımlar atılacaq.

© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR