Rusiyanın qorxduğu baş verir: ABŞ Türkiyəni XƏBƏRDAR ETDİ

06.12.2018 17:24

ABŞ Kerç boğazında baş verən hadisə fonunda Qara dənizə hərbi gəmilərin göndərilməsinə hazırlığa başlayıb.

Bu haqda üç mənbəyinə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, Amerika hərbçiləri öz planları barədə Türkiyəni xəbərdar etmək üçün Dövlət Departamentinə sorğu göndəriblər.

"Bu addım Kerç boğazında Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə cavabdır”, - mənbələr söyləyiblər.

Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub./publika.az

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR