6 min pulsuz ting paylanıldı - VİDEO

09.11.2018 18:58

Yeni yaşıllıqların salınması məqsədilə sakinlərə 6 min ədəd ting verilib. Vətəndaşlara ağacların əkilməsi və onlara qulluq qaydaları da izah edilib.

Sakinlərə pulsuz ting paylanıldı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlar salınması və ağac əkilməsinin təşviqi məqsədilə maraqlı aksiya keçirib. "Hər ailə ağac əksin" devizi altında vətəndaşlara pulsuz tinglər verilib.

Sakinlərin istəyinə uyğun olaraq onlara müxtəlif meyvə və həmişəyaşıl ağacların tingləri verilib. Aksiyaya maraq gözləniləndən yüksək olub.

Bu cür aksiyalar noyabrın 12-də və 17-də də təşkil ediləcək.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR