Şirvanda YANĞIN: 2 azyaşlı faciəli şəkildə öldü - VİDEO

09.11.2018 18:21

Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb.

Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

 Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR