Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

HƏYƏCAN TƏBİLİ: ABŞ-ın birinci zərbəsindən sonra... – Rusiya üçün ŞOK SSENARİ

09.11.2018 15:01

Rusiyanın silahlanmasında olan avtomatik cavab nüvə zərbəsini idarə edən kompleks - "Perimetr” çətin ki, ABŞ-la qlobal münaqişə halında effektiv olacaq.

Bu haqda nüvə arsenallarının ixtisarı haqqında ABŞ-la danışıqlarda iştirak etmiş general-polkovnik, Raket strateji təyinatlı qüvvələrinin Baş ştabının keçmiş müdiri (1994 - 1996) Viktor Yevsin "Ulduz” həftəliyinə müsahibəsində bildirib.

"Perimetr” sistemi (Qərbi Avropa və ABŞ-da "Ölü əl” adlandırılır –red.) "soyuq müharibə”nin qızğın çağında SSRİ-də yaradılmış avtomatik cavab nüvə zərbəsinin idarə edilməsi kompleksidir. Generalın sözlərinə görə, kompleks o vaxt işləyəcək ki, təcavüzkarın birinci zərbəsindən sonra cavab zərbəsi üçün Rusiyanın əlində çox az vasitə qalacaq.

Ekspert əlavə edib ki, ABŞ Avropada orta mənzilli ballistik raketləri yerləşdirəcəyi halda, Vaşinqton Rusiyanın Avropa hissəsindəki raket güclərini çox tez müddətdə məhv etmək imkanını əldə edəcək. Lakin, general hesab edir ki, Moskva qısa müddətə orta mənzilli raketlərinin buraxılışını qaydaya sala bilər.

"Amma, əgər səmimi olsaq, bizdə hələ ki Avropada orta mənzilli Amerika raketlərinə effektiv cavab yoxdur. Əgər amerikalılar Avropada yenə də orta mənzilli raketlərini yerləşdirərsə, Moskvaya cavab zərbə doktrinasından imtina etməli olacaq”, - general qeyd edib.

Oktyabrın 21-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.

Bu razılaşma Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Razılaşma 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir./publika.az

© xezerxeber.az


325 dəfə oxunub

ÇOX OXUNANLAR