"Qarabağ" səfərdə "Vorskla"nı məğlub edib

09.11.2018 09:04

Ağdamın "Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri IV turda səfərdə Ukrayna "Vorskla”sını 1:0 hesabı ilə məğlub edib.

Matçda yeganə qolu 13-cü dəqiqədə penaltidən 9 nömrəli hücumçu Araz Abdullayev vurub. Beləliklə, "Qarabağ” səfərdə "Vorskla" klubunu məğlub edərək, turnirdə ilk qələbəsini qazanıb.

"Qarabağ" bu qələbə sayəsində qrupda ilk xallarını qazanıb və 3 xal ilə turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. "Vorskla" kollektivinin də aktivində 3 xal olmasına baxmayaraq, "Qarabağ" qol fərqinə görə Ukrayna komandasına uduzur.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR