Şəmistan Əlizamanlı “Diriliş Ərtoğrul”da rol aldı - Ona nə qədər qonorar verdilər? - VİDEO

08.11.2018 20:59

Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin ən çox izlənən "Diriliş Ərtoğrul" serialına çəkilib. Müğənni filmin növbəti seriallarında da rol ala biləcəyini deyib. Lakin o, nə qədər qonorar aldığını açıqlamayıb.

Azərbaycanın ilk hərbi diktoru , hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin TRT1 kanalında yayımlanan "Diriliş Ərtoğrul" serialında rol alıb.

Şəmistan Əlizamanlı deyir ki , onun ifa etdiyi "Turan ellər var olsun " mahnısı Türkiyədə məhşurudur. Buna görə də filmin yaradıcı heyyəti ona bu filmə çəkilməyi təklif edib.

Şəmistan Əlizamanlı, serialın yeni mövsümünün ilk seriyasında "Ərtoğrul bəy"in obasında məclisdə ozan rolunda "Allah türkə yar olsun" mahnısını oxuyub. Deyir aktyorluq fakültəsini bitirdiyi üçün filmə çəkilmək onun üçün rahat olub.

Filmdə aldığı rola görə sənətçidən nə qədər qonorar aldığını soruşduqda, o məbləği açıqlamağın düzgün olmadığını bildirdi. Şəmistan Əlizamanlı, filmin növbəti seriallarında da rol ala biləcəyini dedi.


© xezerxeber.az

FOTOQALERIYA






271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR