Qubada şok cinayət: Qardaşının məzarı başında bibisini öldürdü

08.11.2018 18:16

Quba rayonunda qətl törətməkdə təqsirli bilinən Mişi Miqirov barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

Quba rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə baş tutan prosesdə müstəntiqin təqdimatı təmin olunub.

Mişi Miqirov barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə artırılıb.

İttihama görə, bu ilin aprelin 17-də Quba rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov 87 yaşlı bibisi Şüşan Sumxayevanı döyüb.

Xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.

Quba rayon polis şöbəsinin əməkdaşları Mişi Miqirovu saxlayıb. Məlum olub ki, hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə həmin şəxsin məzarının yanında olub.

Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib. Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Mişi Miqirov hadisə zamanı sərxoş olub.

İstintaq orqanı tərəfindən Mişi Miqirov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddəsi ilə ittiham elan edilib.

Hazırda Quba rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir./teleqraf.com

© xezerxeber.az


237 dəfə oxunub

ÇOX OXUNANLAR