Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Təyyarə bir meyvəyə görə yerə düşdü

08.11.2018 17:51

Sərnişinlərin üfunət qoxusuna etiraz etməsi səbəbindən təyyarə yerə enməli olub

İndoneziyada üfunət iyi təyyarənin hava limanına qayıtmasına səbəb olub. Sərnişinlər durian meyvəsinin iyini hiss edərək, təyyarənin geri qaytarılmasını tələb ediblər.

Cənub-Şərqi Asiyada kifayət qədər məşhur olan, "meyvələrin kralı" olaraq tanınan durian meyvəsinin kəskin qoxusu sərnişinləri narahat edib. Onlar etiraz etdikləri üçün təyyarə yerə enməli olub. Daha sonra meyvə təyyarədən boşaldılıb və sərnişinlər yollarına davam ediblər.

Qeyd edək ki, cənubi-şərqi Asiyada məşhur olan durian meyvəsi "meyvələrin kralı", "cənnət və cəhənnəm kralı" adlandırılır. Bu meyvənin bir çox xəstəliklərin, o cümlədən xərçəng xəstəlinin dərmanı olduğu deyilir. Amma meyvənin üfunət iyi verən kəskin qoxusu da olur.

Bu səbəbdən də, bəzi ölkələrdə həmin meyvənin ictimai yerlərdə satılması və ictimai nəqliyyatda daşınması qadağandır.

Asiyada əhalinin sevə-sevə istifadə etdiyi bu meyvə başqa bölgələrin əhalisində kəskin qusmaya səbəb olur./Sputnik Azərbaycan

© xezerxeber.az


110 dəfə oxunub

ÇOX OXUNANLAR