Xəzərdə təhlükə qarşısında qalan balıqçılar xilas edildi

08.11.2018 15:59

Xəzərdə təhlükə qarşısında qalan 2 balıqçı xilas edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən bildiriblər ki, xilasetmə əməliyyatlarının koordinasiyasını həyata keçirən Milli Mərkəz tərəfindən operativliyi təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sürətli qayığı hadisə yerinə cəlb edilib.

Balıqçılar FHN xilasedicilərinin müşayiəti ilə sahilə çatdırılıb.

İlk anda yaxınlıqda olan və hadisə yerinə yönəldilən "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Bakinskaya - 3” gəmisi geri çağırılıb.

© xezerxeber.az


89 dəfə oxunub

ÇOX OXUNANLAR