Məşhur klub 100 milyon avroya satıldı

08.11.2018 16:16

ABŞ-ın yatırım şirkəti "General American Capital Partners" (GACP) Fransanın köklü klublarından olan "Bordo"nu satın alıb.

Bu barədə klubun keçmiş sahibi M6 məlumat yayıb. Amerikalılar klub üçün 100 milyon avro ödəyib.

M6 1999-cu ildən "Bordo" səhmlərinin çoxluğuna sahiblik edirdi. Şirkət gözlənilən gəliri əldə edə bilmədiyi üçün klubu GACP-a satıb.

Qeyd edək ki, "Bordo" ev oyunlarını 42.115 azarkeş tutumu olan "Stade de Bordeaux" stadionunda keçirir. Klub tarixi ərzində 6 dəfə Fransa çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub.

1995/96 mövsümündə UEFA İntertoto Kubokunu qazanıb UEFA Kubokuna qatılan "Bordo" bu turnirdə final oynamış və "Bavariya"ya yenilmişdi. 1992-1996-cı illərdə Fransa futbolunun əfsanələrindən olan Zinəddin Zidan bu klubda forma geyinib.

Komanda cari mövsümün 12 turundan sonra 15 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Avropa Liqasında isə 3 turdan sonra xal qazana bilməyib.

Fanat.Az

© xezerxeber.az


99 dəfə oxunub

ÇOX OXUNANLAR