Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bu torpaqlarda 2,4 milyon insan ÖLƏCƏK: Türkiyə və... - ÖLKƏLƏRİN SİYAHISI

08.11.2018 15:58

Antibiotiklərə müqavimət göstərən bakteriyaların artmasına qarşı tədbirlər görülməsə, bu, 30 il ərzində Avropa, Şimali Amerika və Avstraliyada 2,4 milyon insanın ölümünə səbəb ola bilər.

Bu haqda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) antibiotik və bakteriyaların insanlara təsirlərinə dair hazırlanan hesabatda deyilir.

Hesabata görə, kiçik və sadə tədbirlər görülməklə hər 4 ölümdən 3-nün qarşısı alına bilər.

Qeyd edilir ki, təşkilata üzv 33 ölkədə xəstəliklərin ortaya çıxmasının ardınca bakteriyalarla mübarizəyə ildə orta hesabla 3,5 milyard dollar xərclənir. Bildirilir ki, bakteriyaların yayılmasının qarşısının alınması insanların həyatlarını xilas edə və uzunmüddətli perspektivdə iqtisadiyyatın inkişafına kömək edə bilər.

Hesabata görə, OECD ölkələri arasında daha çox İtaliya, Yunanıstan və Portuqaliyanın vətəndaşları həyatlarını itirəcəklər. Türkiyə, Koreya və Yunanıstan kimi ölkələrdə antibiotiklərin bakteriyalara qarşı müqavimətin aşağı olduğu bildirilir. Hesabatda bildirilir ki, bu ölkələrdə bakteriyalara müqavimət İslandiya, Hollandiya və Norveçlə müqayisədə 7 dəfə azdır./publika.az

© xezerxeber.az


273 dəfə oxunub

ÇOX OXUNANLAR