Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

“Eurovision-2019”da bu ölkələr iştirak edəcək - Siyahı

07.11.2018 18:09

Müsabiqənin finalı mayın 18-də baş tutacaq.

"Eurovision-2019" mahnı müsabiqəsi 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki Ekspo Mərkəzində keçiriləcək.

Avropa Yayım Birliyinin (EBU) Mətbuat xidməti xəbər verir ki, müsabiqədə 42 ölkə iştirak edəcək.

Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.

Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə bu il keçirilən mahnı müsabiqəsinin qalibi olub.

"Eurovision-2019"-da iştirak edəcək ölkələrin siyahısı:

AZƏRBAYCAN, Albaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya.(report.az)

© xezerxeber.az


125 dəfə oxunub

ÇOX OXUNANLAR