Şəmkirdə evdən narkotik maddə tapıldı - VİDEO

12.10.2018 20:17

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon Çənlibel kəndində yaşayan, 1975-ci il təvəllüdlü Mehman Heydərovun yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Bu zaman yaşayış evinin həyətində yerləşən tövlənin damında asılı vəziyyətdə iki ədəd 6 kiloqram çəkidə, bundan əlavə yaşayış evinin müxtəlif yerlərindən ümumi çəkisi 1 kiloqram 428,423 qram çəkidə müxtəlif sellofan və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb. Həmçinin M.Heydərovun evindən bir ədəd tir tüfəngi, bir ədəd snayper tüfənginə məxsus optik nişangah və kustar üsulla hazırlanan xəncər də maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

© xezerxeber.az


69 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2018 10:15

İranda zəlzələ

ÇOX OXUNANLAR