Azərbaycana qanunsuz siqaret və mobil telefonlar keçirilməsinin qarşısı alındı - VİDEO

12.10.2018 20:24

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.

DGK-dan Trend-ə verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 600 ədəd "Marlboro" və 2180 ədəd "Kent" markalı siqaretlər, 18 ədəd müxtəlif markalı telefonlara aid telefon qutuları, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 3 ədəd üzərində "Mİ A2 Lite" yazısı olan və 3 ədəd üzərində "Redmi Note 5" yazısı olan mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR