Ermənilər türk olduqlarını sübut etməyə çalışır - Qarabağdakı 2 min illik abidəni öz adlarına çıxır

12.10.2018 16:08

Tapılmış tarixi abidələrin e.ə I əsrə aid olduğu bildirilir

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ermənilərin apardığı qazıntı işləri zamanı insanabənzər abidələr tapılıb.

xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.

Qazıntılar işğal altındakı Ağdərə rayonunda aparılır. Qazıntılar zamanı çıxarılan insanabənzər tarixi abidələrin eramızdan əvvəl I əsrə aid olduğu hesab olunur.

Məlumata görə, ermənilər qazıntıları daha da genişləndirəcək. Azərbaycan tarixinə məxsus abidələri mənimsəyən işğalçı Ermənistan yeni tapılan abidələri də "erməni tarixinin adına yazıb”. (publika.az)

© xezerxeber.az


250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR