TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO

11.10.2018 20:59

Bakıda birsürücüavtobusu qapısı açıq şəkildə idarə edib və bu zaman bir neçə məktəbli qapıdan sallanıb. Sürücü isə sanki belə də olmalı imiş kimi yoluna davam edib. İndi təqdim edəcəyimizgörüntülər ''Albalılıq''qəsəbəsində çəkilib. Həmin avtobuslardan istifadə edən sərnişinlərin sözlərinə görə,belə halların yaranmasına səbəb avtobusların sayının az olmasıdır.

Avtobus dolduğundan şagirdlər çətinliklə də olasa, minməyə çalışırlar. Bir neçə saniyə sonra isə avtobus hərəkətə başlayır. Baxmayaraq ki, qapısı açıqdır.

Qapıdan isə eyni anda bir neçə şagird sallanıb. Görüntülər dünən paytaxtda ''Albalılıq'' qəsəbəsi kimi tanınan ərazidə çəkilib. "Xəzər Xəbər”in votsap nömrəsinə göndərilən kadrlardan aydın görünür ki, sərnişinlər çox olduğundan avtobus anında dolur. 107 saylı avtobus metronun koroğlu stansiyasından Buzovna qəsəbəsinə qədər hərəkət edir.

Həmin avtobusdan mütəmadi istifadə edənlər deyirlər ki, bir çox hallarda avtobuslar dayanacaqlara sərnişinlə dolu şəkildə girir. Bu isə onların işə və ya məktəbə gecikməsinə səbəb olur. Sərnişinlər xəttəki avtobusların sayının artırılmasını istəyirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən faktla bağlı daşıyıcı şirkət rəsmisi agentliyə çağırılıb. Yazılı izahat alınıb və məsələ ilə bağlı tədbir görülməsi tapşırılıb.

Daşıyıcı şirkətdən isə bildirildi ki, şirkət sürücülərə mütəmadi olaraq avtobusları qapısı bağlı şəkildə idarə etməyi tapşırır. Bu tələbi pozan sürücülərə qarşı sərt addımlar atır. Artıq avtobusu qapısı açıq şəkildə idarə edən sürücü də işdən kənarlaşdırılıb. O ki, qaldı xəttəki avtobusların azlığına, daşıyıcı şirkətdən bildirildi ki, həmin xətdə bu yaxınlara qədər 15 avtobus fəaliyyət göstərib. Sərnişinlərin sıxlığı nəzərə alınaraq ötən həftə avtobusların sayı 20-yə qaldırılıb.

© xezerxeber.az


539 dəfə oxunub

XƏBƏRLƏR

15.12.2018 13:44

"Milan"a ŞOK CƏZA

ÇOX OXUNANLAR