Kiber idman həvəskarlarının nəzərinə!

11.10.2018 16:13

Bu gündən etibarən "İnnovasiya həftəsi" çərçivəsində təşkil ediləcək "Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat başlanılır. XəzərXəbər-ə bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bildirilir ki, cari ilin 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və "Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə "Xbox” platformasında iki oyun növü "FIFA 19” və "Mortal Kombat” üzrə yarışlar təşkil olunacaq.

Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını(http://www.cybersport.az/…/Bak…/BakuOpenRegistrationForm.doc)doldurub elektron poçt vasitəsilə 19 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Kiber İdman Federasiyasına (info@cybersport.az) təqdim etməlidir.

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı 28 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra Qaliblər müəyyənləşdiriləcək.

Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcəklər.

© xezerxeber.az


45 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR