Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Putin Trampla görüşməyəcək

11.10.2018 16:03

Gələn ilin fevralında Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında növbəti görüşün baş tutacağına dair yayılan xəbərlər yalandır.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Putinlə Trampın növbəti görüşü hələ planlaşdırılmayıb.

"Yayılan xəbərlər həqiqətə uyğun deyil. İndi iki ölkə prezidenti arasında görüşün keçirilməsinə dair heç bir plan yoxdur” ,– deyə Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl xarici KİV-də 2019-cu ilin 14 fevralında Finlandiyada keçiriləcək Arktika Şurasının sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin növbəti görüşünün baş tutacağı barədə mləumat yayılmışdı./Azvision.az

© xezerxeber.az


218 dəfə oxunub

ÇOX OXUNANLAR