Bakıda maraqlı hadisə: Kanalizasiya quyusundan neft çıxır - VİDEO

10.10.2018 20:59

Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb.Neft kanalizasiya xətti iləevlərə dolub. Sakinlər yaranmış vəziyyətdən narahatdırlar. Onlar evdə oturmağın mümkün olmadığını deyirlər.

Kanalizasiya quyusundan neft çıxır.

Görüntülər Paytaxtın Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsindəndir. Küçədəki kanalizasiya xətti neftlə dolub. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Lakin son bir neçə gündə neft lükün ağzına qədər qalxıb.

Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki, problem qısa zamanda həll olunacaq.

Sakinlər həmin ərazidə hər hansı bir yanğın təhlükəsinin yaranmasından da narahatdırlar.

© xezerxeber.az


611 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR