Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Məhsul bol olsa da, alıcı tapılmır - VİDEO

14.09.2018 20:53

Qubada alma yığımına başlanılıb. Məhsuldarlıq ötən ilə nisbətən 15-20 faiz çoxdur. Məhsul bol olsa da alıcı tapılmır.məlumata görə, Rusiya bazarlarında rublun məzənnəsinin aşağı düşməsi alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.

Məhsul bol olsa da, alıcı tapılmır.

Qubada alma yığımına start verilib. Fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında və itkisiz toplanması üçün bütün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Ardınca isə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır.

Əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə də satıla biləcək məhsul yetişdirməyi bacarıblar.

Bu il məhsul bol olsa da, alıcı azdır. Fermerlərin sözlərinə görə, Quba alması əsasən Rusiya bazarlarına göndərilir. Hazırda isə rus pulunun məzənnəsinin aşağı düşməsi meyvənin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.

Alma yığımının oktyabrın sonuna kimi başa çatdırılması planlaşdırılır.

 

 

© xezerxeber.az

FOTOQALERIYA






357 dəfə oxunub

XƏBƏRLƏR

20.11.2018 15:58

Məşhur cütlük AYRILDI

ÇOX OXUNANLAR