Tehran metrosunda ŞOK: Qadın başını açıb, axunda... - VİDEO

14.09.2018 17:18

Tehran metrosunda gənc bir qadın baş örtüyünü açaraq, axunda etiraz edib.

Axar.az xəbər verir ki, qatarın gəlməsini gözləyən qız yanında oturan bir axunddan və qara çarşablı qadından çəkinmədən baş örtüyünü açıb. Bundan sonra axundun və qara çarşablı qadının etirazı ilə qarşılaşıb. Onlar həmin xanıma yaxınlaşaraq, hədə-qorxu gəldikdən sonra hicabını geyinməsini tələb ediblər. Baş örtüyünü açmış qadın üzünü axunda tutaraq, onu və ölkəni bərbad günə qoyan digər ruhaniləri kəskin tənqid edib.

İstədiyi kimi geyinmə haqqı olduğunu, heç kimin onun necə geyinəcəyinə diktə edə bilməyəcəyini dilə gətirən qız, digər sərnişinlər tərəfindən də dəstəklənib.

Onun tutulub-tutulmaması ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına cari ilin əvvəllərində start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib.

© xezerxeber.az


322 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR