ABŞ-ın hərbi helikopterləri Səudiyyəyə verildi

14.09.2018 17:06

Amerika istehsalı olan ilk "MH-60R” çox məqsədli hərbi donanma helikopteri Səudiyyə Ərəbistanı hərbi dəniz qüvvələrinin ixtiyarına verilib.

Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, Səudiyyə ordusunda yüksək döyüş keyfiyyətlərinə malik bu cür helikopterlərin mövcudluğu Krallığın hərbi dəniz qüvvələrinin regiondakı bütün təhdid və çağırışlara qarşılıq vermək imkanını gücləndirəcək. "MH-60R” helikopterlərinin Səudiyyəyə çatdırılmasının qrafika üzrə davam etdiyi bildirilib.

ABŞ və Səudiyyə Ərəbistanı arasında 2015-ci ildə imzalanmış 1,9 milyard dollarlıq sazişə əsasən, Pentaqon Səudiyyə donanmasını 10 ədəd "MH-60R” helikopterləri ilə təchiz etməlidir. Onların istehsalı ilə Amerikanın "Lockheed Martin” hərbi-sənaye korporasiyası məşğul olur. Bu helikopterlərin biri 145 milyon dollar dəyərindədir. "MH-60R”lər sualtı qayıq və dəniz piyadaları əleyhinə döyüşlərdə, axtarış-xilasetmə missiyalarında, nəzarət və rabitə tapşırıqlaında, loqistik dəstək və şəxsi heyətin transferində istifadə olunur.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR