Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 79-u iclası keçirilib

14.09.2018 15:13

Moskvada, Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 79-u iclası keçirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi toplantıda MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları azad ticarət zonası haqqında sazişin müddəalarının həyata keçirilməsinin gedişi və digər bir sıra dövlətlərarası proqramları, həmçinin 2020-ci ilədək əhalinin siyahıyaalınmasına hazırlıq məsələlərini müzakirə ediblər.

İqtisadi Şuranın iclasının iştirakçıları kosmik məkandan dinc məqsədlərlə istifadə olunması sahəsində birgə fəaliyyət, mobil səyyar rabitə sistemlərindən istifadə sahəsində əməkdaşlıq haqqında sazişlər, inzibati vergi sahəsində dövlətlərarası elektron informasiya mübadiləsi və digər məsələləri nəzərdə keçiriblər.

İclasda müharibə veteranları və onların ailələrinə tibbi-sosial yardımla bağlı məsələlər razılaşdırılıb. Bundan əlavə, bir sıra maliyyə və təşkilatı məsələlər və informasiya-analitik materiallar müzakirə olunub.

MDB İqtisadi Şurasının növbəti iclasının bu ilin dekabr ayında Moskvada keçirilməsi qərara alınıb.

© xezerxeber.az

FOTOQALERIYA






246 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR