Quşları diri-diri dəyənəklərlə döyüb, buldozerlərlə əzdilər - VİDEO

14.09.2018 14:43

Dəhşətli kadrlar Rusiyada aqroholdinqdə çəkilib

Həftənin ən qəddar videosu. Quş fabrikinin işçiləri heyvanları diri-diri məhv ediblər. Onlar balaca hinduşkaları ağac dəyənəklərlə döyür və buldozerlərlə əziblər. Mash telegram kanalının verdiyi məlumata görə bu dəhşətli kadrlar Rusiyanın Rostov əyalətində "Yevrodon" aqroholdinqində çəkilib.

«Yevrodon» bu baş verənləri provokasiya, videonu isə saxta adlandırıb.

Regnum İA bildirir ki, «Qrani» MMC yem şirkəti yem pulunu ala bilmədiyi və buna görə də aqroholdinqin iflas sayılması üçün banka müraciət edib.

Hadisə ilə əlaqədar Rusiya Dövlət Duması DİN-ə və Baş Prokurorluğa araşdırmasını tələb edib./faktxəbər

Həssas insanların baxmaması tövsiyə olunur!

© xezerxeber.az


925 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR