Quldur mağazaya hücum edərək iki qadını bıçaqladı - QORXUNC VİDEO, 18+

14.09.2018 14:14

Rusiyanın Samara şəhərində naməlum şəxs mağazaya hücum edərək, kassada olan pulları tələb edib.

Virtualaz.org "Mash” telegram-kanalına istinadən xəbər verir ki, qarətçi mağazada olan bir qadını və satıcını bıçaqlayıb.

Videodakı səslərdən məlum olur ki. qadın satıcı qulduru şəxsən tanıyır.

Polis hadisə ilə bağlı araşdırma aparır, quldurun axtarışları davam edir.

Bildirildiyinə görə, yaralı qadınların həyatına təhlükə yoxdur.

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR