XOŞAGƏLMƏZ KADRLAR: Taksi sürücüləri müştəri üstündə davaya çıxdılar - VİDEO

13.09.2018 21:08

Qaradağ rayonu ərazisində taksi sürücləri müştəri üstündə sözün əsl mənasında mübarizə aparırlar. Onlar qeyd olunan ərazidə yer bölgüsü ediblər. Sürücülərdən biri digərinə ''bura mənim ərazimdir, sən buradan müştəri götürə bilməzsən'' deyir və maşının qarşısını kəsir.

Müştəri üstündə taksi sürücüləri arasında yaranan mübahisə az qala ölümlə nəticələnəcəkdi.

Sürücülərdən biri digərinə söyüş söydüyündən mübahisə daha da böyüyür.

Daha sonra isə həmin sürücü digər sürücünün maşının qarşısına uzanaraq onun hərəkətinə icazə vermir.

Avtomobildə olan sürücü ərazidən tezliklə uzaqlaşmağa çalışsa da bu mümkün olmur. Sürücülər arasında yaşanan bu ölüm-dirim mübarizəsi Qaradağ rayonu, Lökbatan qəsəbəsində, lökbatan dairəsi kimi tanınan ərazidə çəkilərək vatsap nömrəmizə göndərilib.

Məlumata görə, mübahisəyə "Mersedes" markalı avtomobilin sürücüsünün lökbatan dairəsindən şəhər istiqamətində gələn sərnişinləri götürməsi səbəb olub. Orada dayanan taksi sürücülərindən biri buna maneə olmağa çalışıb. Bildirib ki, həmin dairədən şəhər istiqamətində gələn müştəriləri ancaq orada daimi dayanan taksi sürücüləri götürə bilər.

"Mersedes"in sürücüsü buna məhəl qoymadığından mübahisə yaranıb. Digər sürücü isə özünü maşının altına atıb və onun hərəkətinə maneə olub.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, taksi sürücüsünün özünü maşının qarşısına atması və nəqliyyatın hərəkətinə maneə olması yol verilməzdir. Üstəlik həmin taksi sürücüsü ''bura mənim ərazimdir, buradan heç kim sərnişin götürə bilməz'' ifadəsini də işlədə bilməz. Ekspertin fikrincə aidiyyatı qrumlar bu məsələni araşdırmalı və həmin şəxsi inzibat məsuliyyətə cəlb etməlidir

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücülərin bu hərəkəti yaxşı hal hesab edilmir və cəmiyət arasında belə hərəkətlərin baş verməsi milli mentalitetimizə ziddir. İstənilən halda onların bu kobud hərəkəti polis tərəfindən araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

 

© xezerxeber.az

FOTOQALERIYA






695 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR