Tacikistan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

11.08.2018 12:18

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 11-də başa çatıb.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

© xezerxeber.az

FOTOQALERIYA






171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR