Güclü yağış Zaqatalada fəsadlar törədib - VİDEO

10.08.2018 20:49

Ötən gecə yağan leysan yağışları Zaqatalada fəsadlara yol açıb. Yağış suları evlərə və zirzəmilərə dolub, sakinlərə xeyli ziyan dəyib.

Yağış suları evlərə və zirzəmilərə dolub, həyətlər lilə qərq olub...

Görüntülər Zaqataladandır. Ötən gecədən başlayan leysan yağışları rayon ərazisində bir sıra fəsadlara yol açıb. Rayon ərazisindən keçən dağ çaylarında suyun səviyyəsinin artması və daşqınlar səbəbindən bir neçə evin zirzəmisinə və birinci mərtəbəsinə, eləcə də həyətyanı sahələrə su dolub.

Yağış suları evlərdəki məişət əşyalarını da yararsız hala salıb.

Gecə rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaransa da, səhər saatlarından etibarən problem tam aradan qaldırılıb. Rayonun əksər ərazisini suyla təmin edən Tala çayına gələn sel, su xəttlərinə də xeyli ziyan vurub. Yağmurlu hava şəraitinin hələ bir neçə gün davam edəcəyi gözlənilir.

© xezerxeber.az


477 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR