Avropada pilotların kütləvi etirazı – 396 reys təxirə salındı

10.08.2018 14:23

İrlandiyanın "Ryanair” aviaşirkətinin Belçika, İrlandiya, Almaniya, Niderland və İsveçdəki pilotlarının elan etdiyi kütləvi tətil nəticəsində ümumilikdə qitə üzrə 396 uçuş reysi təxirə salınıb. Onlardan 250-si Almaniya xətti üzrədir. Pilotların etiraz aksiyası təqribən 70 min sərnişinin planlarında ciddi problemlər yaradıb.

Pilotlar iş şəraitinin yaxşılaşdırılması və əmək haqqlarının qaldırılmasını tələb edirlər. Onlar bəyan ediblər ki, "Ryanair” aviaşirkətinin biznes risklərini "öz üzərlərində daşımaq istəmirlər” və zəhmətlərinin ədalətli ödənişini gözləyirlər.

""Ryanair” aviaşirkəti biletləri 39 avrodan satır və bir dəfəyə 1,4 milyard avro məbləğində gəlir əldə edir. Aydındır ki, bu zaman dəyən zərər işçilərə olur.” – deyə, Almaniya pilotlarının "Vereinigung Cockpit” Həmkarlar İttifaqının nümayəndəsi Bavariya radiosunun efirində bildirib. O, yaxın vaxtlarda digər etiraz aksiyalarının olacağını da istisna etməyib.

Qeyd edək ki, hazırda pilotların maaşları yay vaxtına uyğun hesablanır. Onlar etiraz tətilini sabah başa vuracaqlarını bəyan ediblər. Lakin əmək haqqları artırılmasa aksiyanı davam etdirəcəklər. /azvision.az

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR