Məşhur aktrisa mini geyimi ilə diqqət mərkəzində

10.08.2018 14:02

Məşhur aktrisa Fəhriye Evcen qısa şortu ilə diqqət çəkib.

Aktrisa depressiyada olduğu deyilən həyat yoldaşı Burak Özçivitlə alış-veriş edərkən görüntülənib. Burak Özçivit son vaxtlarda tükənmişlik sindromu ilə bağlı psixoloq dəstəyi alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Aktyor haqqında gəzən şayiələri təkzib edib. Psixoloji dəstəyə ehtiyac duymadığını ifadə edən Özçivit həyat yoldaşını göstərərək "Həmişə birlikdəyik. Sevdiklərimiz bizə yetir" deyə bildirib.

"Kardeşim benim 2" və "Can Fəda" filmlərində gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyən aktyor "Yenidən film çəkməyi düşünürsünüzmü?” sualına "Davam yenə də davam!" cavabını verib.

Qısa şort geyinən aktrisa isə mədə xərçəngi xəstəliyinə tutulan atasının səhhətindən danışıb: "Proses bir gərgin keçdi. İndi vəziyyəti çox yaxşıdır. Uğurlu əməliyyat keçirdi, indi hər şey yaxşıdır".

Daha sonra Fahriye Evcen övlad sahibi olmaq istədiklərini etiraf edib:

"Vaxtı gələndə mütləq övlad sahibi olacağıq”.

© xezerxeber.az


362 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR