Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Kafedən soyğunçuluq edən keçmiş məhkum saxlanılıb

10.08.2018 12:28

Avqustun 7-də Nəsimi rayonu ərazisindəki kafelərdən birində soyğunçuluq edilməsi barədə DİN-in "102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Qeyd olunan kafedə Bakı şəhər sakini S.İsmayılovun mobil telefonunun və içərisində 1227 manat olan pul kisəsinin alınması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən bir nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkumluq həyatı yaşayan Bəhruz Hüseynov olması müəyyən edilib.

Araşdırma aparılır.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR