Restoranların menyu qiymətlərini öyrənmək müşkülə çevrilib - VİDEO

09.08.2018 20:59

Hazırda paytaxtdakı əksər restoranların sosial şəbəkələrdə səhifəsi və yaxud öz şəxsi saytı olsa da bu səhifələrin əksəriyyətində menyular və qiymətlərlə bağlı məlumatlar yerləşdirilmir. Sanki restoranlar qiymətlərininyalnız restorana gəldikdən sonra öyrənilməsini istəyirlər. Bəziləri isə yalnız müraciət olduqda menyularını müştərilərə göndərirlər. Bu hal isə müştərilərin narazılığına səbəb olur. Marketoloqlar bu addımın yanlış olduğunu və restoranların bunu etməklə müştəri itirdiyini bildirir.

Getmək istədiyin restoranın sosial şəbkələrdəki səhifələrinə və yaxud saytına daxil olursan, amma heç yerdə menyu və qiymətlərlə bağlı məlumat tapa bilmirsən. Paytaxtdakı əksər restoranlar qiymətləri ilə bağlı məlumatları açıq şəkildə paylaşmaqdan qaçır. Bəzi restoranlar isə yalnız müraciət olduqda vətəndaşın şəxsi poçt qutusuna bu məlumatları göndərir ki, bu sorğuların cavablandırılılması da bəzən günlər çəkir.

Bu hal isə müştərilərin narazılığına səbəb olur.

Marketoloq Ülvi Hüryanlının sözlərinə hazırda restoranlarla bağlı sosial şəbəkə səhiflərində insanları ən çox maraqlandıran qiymət olduğundan bəzi restoranlar bunu yazmamaqla səhiflərindəki aktivliyi təmin etmək istəyirlər. Amma bəzi restoranlar isə sayt və ya sosail şəbəkə səhifəsi yaratsada Sosial Media Menecerlərləri olmadığından ordan hansı formada istifadə edə biləcəklərin bilmirlər.

Ülvi Hüryanlının sözlərinə görə hazırda facebookda 1,8 milyondan çox, instagramda isə 2.4 milyondan çox Azərbaycanlı isitfadəçi olduğundan restoranlar buradan geniş istifadə etməklə özlərinə rahat şəkildə müştəri toplaya bilərlər.

Artıq sosail şəbəkələrdə restoranların qəbzlərini paylaşmaq trend halını alıb. Beləki müştəri narazı qaldığı qiymətlə bağlı qəbzi paylaşaraq restoran haqqında mənfi imic formalaşdırır. Bu isə sonda müştərilərin azalmasına və biznesin kiçilməsinə səbəb olur.

© xezerxeber.az

FOTOQALERIYA






566 dəfə oxunub

XƏBƏRLƏR

17.11.2018 12:00

Yıldız Tilbe qorxutdu...

ÇOX OXUNANLAR