Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Tarkanın Kamal Sunal sözləri HAMINI DUYĞULANDIRDI

09.08.2018 16:58

Türkiyəli jurnalist Cəmilə Bayraqdarın Kamal Sunalın filmləri haqqındakı sözlərinə meqa ulduz Tarkan biganə qala bilməyib.

Publika.az "Hurriyet”ə istinadən xəbər verir ki, jurnalist Kamal Sunal filmləri üçün "Bu, ölkədə insanların zehninə edilmiş böyük bir pislikdir. Bu filmlər rəsmən insanın zəkası üçün təhqirdir", - deyə söyləyib. Kemal Sunalın müdafiəsinə qalxan meqa ulduz jurnalistin sözlərinə instaqraqmda cavab verib:

"Sən üzülmə, sevgili Kamal Sunal. Bizə söykədiyin kürəyin heç vaxt yerə dəyməz. Sənin arxanda səni çox sevən bir millət var. İcazə vermərik ki, adını və sənə olan məhəbbətimizi kimsə ləkələsin. Çünki qəlbimizdə qoyduğun məhəbbət dolu izləri unutmamışıq. Sənə edilən hər bir pis söz səni qəlbimizdə daha da ucaldır və daha dəyərli edir. Sən üzülmə, rahat ol, canımız Kamal Sunal..."

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR