Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Brüsseldə 4 saatlıq Qarabağ danışıqları - VİDEO

12.07.2018 20:55

Xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Brüsseldə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. İlk dəfə keçirilən görüş 4 saata yaxın davam edib. Görüş əsnasında danışıqlar masasında olan təkliflər nəzərdən keçirilib.

Elmar Məmmədyarov Ermənistanın Xarici İşlər naziri ilə görüşdü.

O, ötən gün Brüsseldə Ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşüb. İlk dəfə keçirilən görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutub və 4 saata yaxın davam edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan danışıqlar prosesinin mövcud format əsasında davam etdirilməsinin tərəfdarıdır.

Hikmət Hacıyev bildirib ki, danışıqlar prosesinə hər hansı qeyd-şərtin qoyulması qəbuledilməzdir. Ermənistan tərəfinin danışıqlara qondarma rejimi cəlb etmək istəyi də əsassızlığını sübut etdi. Danışıqlarda Ermənistanın xarici işlər naziri səviyyəsində təmsil olunması da bunu açıq şəkildə göstərdi.

© xezerxeber.az

FOTOQALERIYA






183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR