Bu görüntülər onları törədənlər haqqında çox şey deyir - VİDEO

11.07.2018 20:58

Gəncə terrorunun görüntüləri bu hadisəni törədənlər haqqında çox şey deyir. Özlərini dindar kimi təqdim edənlərin əsl simaları ortaya çıxdı. Din pərdəsi altında məkrli siyasət yürüdənlər bu görüntülərlə özlərini ifşa etdilər.

Bir neçə nəfər onu əhatəyə alıb yerə yıxır

Daha sonra əllərində olan küt alətlərlə və təpiklə yerdə köməksiz uzanan polis zabitinə zərbələr endirirlər..

Və beləcə polis zabitlərindən biri şəhid edilir. Bu vəhşilikləri edənlər isə özlərini dindar kimi təqdim edən insanlardır.

Din pərdəsi altında gizlənən radikallar əsl simalarını və niyyətlərinin nə olduğunu bu yolla büruzə verirlər.

İzdihamın içində ictimai asayişi bərpa etmək üçün xidməti vəzifəsini yerinə yetirən polisi təpikləyən və onu vəhşicəsinə qətlə yetirən şəxslərin əsl dindar olmadıqları bəllidir. Çünki terroru qəti şəkildə pisləyən İslam dinində bu vəhşiliyin yeri yoxdur. Bu şəxslərin radikal məhzəblərə qulluq etdikləri və müəyyən qruplar tərəfindən idarə olunduqları onların törətdikləri əməllərdən məlum olur.

© xezerxeber.az


900 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR