Şəmkirdə yanğın: Helikopter cəlb olunub

11.07.2018 15:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

FHN-dən XəzərXəbər-ə bildiriblər ki, yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17” helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR